NATO-nun baş katibi Rusiyanın Balkanlarda təsirinin gücləndiyini qeyd edib

NATO-nun baş katibi Rusiyanın Balkanlarda təsirinin gücləndiyini qeyd edib
# 07 dekabr 2016 00:32 (UTC +04:00)

NATO Balkanlarda Rusiya təsirinin və iştirakının gücləndiyini müşahidə edir və bunun qarşısını açıq debatlarla almaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz Rusiyanın təbliğatına təbliğatla cavab vermirik, biz bunun qarşısını açıq debatlarla almaq niyyətindəyik, çünki sonda həqiqət üstün olacaq”, - deyə Stoltenberq jurnalistlərin Rusiyanın Balkanlardakı təsirinə dair sualına cavabında bildirib.

Onun sözlərinə görə, Alyans Rusiya ilə münasibətlərin gərginləşməsini istəmir, sadəcə, hər bir ölkənin öz gələcəyinə dair qərar vermək hüququna inanır.

“Mən Monteneqroda seçkilər günü Rusiya vətəndaşlarının iştirakı ilə baş vermiş ciddi insidentlər barədə məlumatlıyam. Bu məsələ ölkə rəhbərliyi tərəfindən araşdırılır. Mən bilirəm ki, Serbiya seçkilər günü baş verən insidentlə bağlı faktların aydınlaşdırılmasında kömək edib”, - deyə NATO-nun baş katibi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR