Mövlud Çavuşoğlu: "Səfir Andrey Karlovun qətlə yetirilməsi Türkiyə-Rusiya münasibətlərinə zərər vurmayacaq"

Mövlud Çavuşoğlu: "Səfir Andrey Karlovun qətlə yetirilməsi Türkiyə-Rusiya münasibətlərinə zərər vurmayacaq"
# 19 dekabr 2016 22:58 (UTC +04:00)

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi iki ölkə münasibətlərinə zərər vurmayacaq.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə XİN başçısı səfir Andrey Karlovun qətlinin iki ölkənin terrorçuluğa qarşı birgə işinə də zərər vurmayacağını söyləyib: "Hər iki tərəf gözəl anlayır ki, bu alçaq addım heç vaxt bizim münasibətlərə zərər vurmayacaq. Ankara və Moskva bunun üçün əllərindən gələni etməyə hazırdır".

Çavuşoğlu vurğulayıb ki, bu cinayət Rusiya və Türkiyənin Suriyadakı vəziyyətin nizamlanması və mülki əhalinin xilası ilə bağlı birgə fəaliyyətinə qarşı yönəlib: «Bunu yaxşı başa düşərək biz, buna yol verməyəcyik. Bu hadisənin münasibətlərimizə, terrorçuluğa və terroçu təşkilatlara qarşı həmrəyliyimizə təsir etməsinə yol verməyəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR