Kataloniyada separatçıların həbsinə başlanıb

Kataloniyada separatçıların həbsinə başlanıb
# 20 sentyabr 2017 11:51 (UTC +04:00)

İspaniya Mülki Qvardiyası Kataloniyada müstəqillik referendumuna hazırlıq aparan 12 vəzifəli şəxsi həbs edib.

APA-nın “RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında Jeneralitetin (Kataloniya hökuməti) Telekommunikasiya və İnformasiya Texnologiyaları Mərkəzinin rəhbərləri, əməkdaşları, eləcə də Sosial məsələlər, İqtisadiyyat və maliyyə, Xarici işlər üzrə departamentlərin əməkdaşları da var. Onlar referendumla bağlı materialların yayılması ilə məşğul imiş.

Polis əməkdaşlar tərəfindən hökumət binası və digər qurumlarda referendum hazırlığına dair sənədlərin axtarışı başlayıb.

Podemos Partiyasının Kataloniya bölməsinin sədri Ksavyer Domenek hamını katalonların suverenliyi və hüquqları üçün öz güclərini səfərbər etməyə çağırıb. Onun sözlərinə görə, həbslər bütün sərhədlərin aşılması deməkdir.

Qeyd edək ki, Kataloniyada oktyabrın 1-də müstəqillik referendumunun keçirilməsi planlaşıdırılıb. Lakin mərkəzi hökumət və İspaniya Konstitusiya Məhkəməsi bunu qanunsuz sayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR