Binəqədi İcra Hakimiyyəti Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil edib

Binəqədi İcra Hakimiyyəti Quba Soyqırımı Memorial Kompleksinə səfər təşkil edib
# 30 mart 2018 11:11 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Binəqədi rayonunun və Bilik Fondunun nümayəndə heyəti, Rayon Gənclər və İdman İdarəsinin və YAP Binəqədi rayon təşkilatının gənc fəalları, İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin Quba Soyqırımı Memorial Kompleksinə səfəri təşkil olunub.

Gənclərə 30 dekabr 2009-cu ildə Azərbaycan prezidentinin “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı sərəncam barədə məlumat verilib. Vurğulanıb ki, sənəd erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.

Ziyarətdən sonra Kompleksin Muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda konfrans keçirilib. Konfransda Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova, Bilik Fondunun sektor müdiri Hacı Abdulla çıxış edərək ermənilər tərəfindən düşünülmüş şəkildə həyata keçirilmiş qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyini, minlərlə azərbaycanlının böyük qəddarlıqla qətlə yetirildiyini bildiriblər. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov isə ermənilərin öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə etdiklərini qeyd edib.

Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR