Gürcüstanda yeni biznes ombudsmanı təyin olunub

Gürcüstanda yeni biznes ombudsmanı təyin olunub
# 25 yanvar 2018 08:46 (UTC +04:00)

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili İrakli Lekvinadzeni biznes ombudsmanı vəzifəsinə təyin edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan hökumətinin iclasında bəyan olunub.

G. Kvirikaşvili biznes ictimaiyyətinin İ. Lekvinadzeni yaxşı tanıdığını bildirib: “İrakli peşəkardır və əminəm ki, o, bu institutda yaradılmış çox yaxşı ənənəni davam etdirəcək”.

Qeyd edək ki, İ. Lekvinadze Tbilisinin keçmiş meri David Narmaniyanın müavini olub. Gürcüstanda biznes ombudsmanı vəzifəsi 2016-cı ildən vakant olub. Həmin il keçmiş biznes ombudsman Giorgi Qaxariya iqtisadiyyat naziri təyin olunub. Hazırda G. Qaxariya daxili işlər naziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR