Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin böyük hissəsi dollarda saxlanılır.
“APA-Economics” xəbər verir ki, bu barədə ARDNF-nin bu ilin II rübü ilə bağlı yaydığı hesabatda qeyd olunub.
Fondun investisiya portfeli iyulun 1-nə 37 mlrd. 770,43 mln. dollara bərabər olub. İnvestisiya portfelinin 18 mlrd. 926,2 mln. dolları və ya 50,1%-i ABŞ dollarında, 33,6%-i avroda, 4,8%-i İngilis funt sterlinqdə, 0,6%-i Avstraliya dollarında, 0,9%-i Türkiyə lirəsində, 0,9%-i Rusiya rublunda, 1,2%-i Koreya vonunda, 1,3%-i Çin yuanında, 1,6%-i Yaponiya yenində, 1,5%-i digər valyutalarda, 3,5%-i sə qızıldadır.
Bundan başqa, fondun investisiya portfelinin 41,94%-i Avropa ölkələrinin, 22,90%-i Şimali Amerika, 26,65%-i Asiya-Sakit Okean hövzəsi ölkələrinin, qalanı isə digər ölkələrin payına düşür.