Gəncədə piyada yol qəzasında ölüb

Gəncədə piyada yol qəzasında ölüb
# 11 mart 2019 23:26 (UTC +04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ONA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Məmmədov Əli Əşrəf oğlu yolu keçmək istəyən zaman onu həmyerlisi, 1992-ci il təvəllüdlü Aslanov Seymur Aslan oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Ağır xəsarətlər alan piyada sürücünün özü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Məmmədovu xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Gəncə şəhər Baş Polis İdarəsində istintaq araşdırmalarına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR