2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan olunması çərçivəsində bu il martın 15-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Multikulturalizm Mərkəzi ilə birlikdə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans keçirəcək.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda 15 ölkədən 30-dək xarici qonağın, mötəbər din, elm və siyasət xadimlərinin iştirakı gözlənilir.