Şəki Polis Şöbəsinə başçəkmə həyata keçirilib

Şəki Polis Şöbəsinə başçəkmə həyata keçirilib
# 12 avqust 2015 12:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Şəki Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan doqquz nəfər şəxslə fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.


MSY-də saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib.

Habelə müəssisədə saxlama şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin aparıldığı müşahidə olunub.

Həmin müəssisənin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR