AŞ NK sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistan və Azərbaycandan asılıdır”

AŞ NK sədri: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistan və Azərbaycandan asılıdır”
# 24 iyun 2015 13:37 (UTC +04:00)

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva M. İvaniçdən Bosniya və Herseqovinanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal rol oynayıb-oynamayacağını soruşub.

Azərbaycanlı deputatın sualına cavab olaraq M. İvaniç bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistan və Azərbaycandan asılıdır.

“Hesab edirəm ki, biz tariximizdə müxtəlif münaqişələrlə qarşılaşmış kiçik bir ölkə kimi bəlkə də bu münaqişənin həllində öz köməyimizi göstərə bilərik. Ola bilər ki, kiçik ölkələr hansısa hazır həll variantını təqdim etmək üçün elə də güclü olmasınlar, amma belə məsələlərdə öz təcrübəmizi təklif etməklə, bəlkə də öz töhfəmizi verə, tərəflərə yardımımızı göstərə bilərik. Amma münaqişənin tam şəkildə həll edilməsi iki ölkənin öz üzərinə düşən bir yükdür. Heç kim zorla onların boynuna hansısa həll variantını qoya bilməz, onlar özləri buna nail olmalıdır. Üstəlik, Bosniya və Herseqovina da bir şey edə bilməz, bizim ölkə elə də böyük təsirə malik deyil. Biz hər iki ölkə ilə aramızdakı yaxşı əlaqələri inkişaf etdirməkdə davam edəcəyik, eyni zamanda, iki ölkə arasındakı əlaqələrin nizamlanması üçün ən yaxşı həll variantının tapılması istiqamətində öz töhfəmizi verməyə də çalışacağıq”, - deyə o vurğulayıb.

M. İvaniç onu da bildirib ki, ölkəsi həm Azərbaycan, həm də Ermənistanla dostluq münasibətləri qurmağa çalışırıq: “Hər iki ölkə ilə çox yaxşı münasibətlərimiz var. Mən bu yaxınlarda Bakıda oldum, Avropa Oyunlarının açılış mərasimində iştirak etdim. Azərbaycan ölkəmizə sərmayə yatırır, burada yaşayan müxtəlif xalqların nümayəndələrinin işə cəlb olunması ilə bağlı bir neçə layihəyə dəstək verir. Bu, çox yaxşı bir addımdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR