Cəlilabadda yararsız heyvan cəmdəyi məhv edilib

Cəlilabadda yararsız heyvan cəmdəyi məhv edilib
# 27 oktyabr 2016 14:02 (UTC +04:00)

Oktyabrın 11-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Cəlilabad Rayon Baytarlıq İdarəsinin və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məlumat əsasında birgə reyd keçirilib.

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reyd zamanı Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan Quliyev Elçin Cabir oğluna məxsus həyətdə "02 Jiquli” markalı 15-BP-961 dövlət nömrə nişanlı minik avtomobilinin arxa oturacağında və yük yerində başı kəsilmiş, dərisi soyulmuş, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan 1 baş heyvan cəmdəyi və daxili orqanlar aşkar edilib. Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən olunub. Aşkarlanan ətin və daxili orqanların insan qidası üçün yararlılığı şübhə doğurduğundan onlardan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Laboratoriyada aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyənləşdirilib. Respublika Baytarlıq Laboratoriyasının 20 oktyabr tarixli ekspertizası nəticələrin nəzərə alınaraq aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan cəmdəyinin və daxili orqanların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq Cəlilabad rayon sakini E. Quliyevin həyətindəki minik avtomobilində aşkarlanmış 152 kq heyvan cəmdəyi və 12 kq heyvanın daxili orqanı baytarlıq mütəxəssislərinin nəzarəti altında Cəlilabad rayonu ərazisində heyvanlar üçün ayılmış qəbiristanlıqda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilərək basdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR