Gəncədə  sərnişin avtobusunun vurduğu 73 yaşlı qadın ölüb

Gəncədə  sərnişin avtobusunun vurduğu 73 yaşlı qadın ölüb
# 10 dekabr 2017 08:52 (UTC +04:00)

Gəncədə 73 yaşlı qadını avtobus vuraraq öldürüb

APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisində baş verib.

Şəhər sakini 1944-cü il təvəllüdlü Ələsgərova Nərgiz Hüseyn qızı şəhərdə 11 saylı xətt üzrə sərnişin daşıyan "İsuzu" markalı avtobus tərəfindən vurulub. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR