Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub
# 05 mart 2017 13:42 (UTC +04:00)

Bu gün Gəncədə yolu keçən piyadanı avtomobil vurub.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl prospektində qeydə alınıb.

Goranboy rayon sakini 1958-ci il təvəllüdlü Bayram Mustafayev “QAZ–3129” markalı avtomobilə hərəkətdə olarkən yolu keçmək istəyən şəhər sakini 1954-cü il təvəllüdlü Xumar Quluzadəni vurub. Sürücü müxtəlif bədən xəsarətləri alan qadını dərhal xəstəxanaya çatdırıb. Piyadaya sağ bazunun çıxığı və sol dizin sıyrığı diaqnozu qoyulub. Qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR