Azərbaycanda daha çox müşahidə olunan mövsümi xəstəliklər açıqlanıb

Azərbaycanda daha çox müşahidə olunan mövsümi xəstəliklər açıqlanıb
# 06 sentyabr 2017 09:32 (UTC +04:00)

“Azərbaycanda payız və qış mövsümündə daha çox kəskin respirator infeksiyalar və qrip müşahidə olunur”.

APA-nın xəbərinə görə, bunu Bakı şəhərinin baş terapevti Rəhilə Əliyeva deyib. Onun sözlərinə görə, payız və qışda kəskin respirator infeksiyalara və qripə yoluxma üzrə ən yüksək risk qruplarına yaşı 1-dən az, 65-dən çox olanlar, hamilələr, tənəffüs sistemi, şəkər, xroniki xəstə insanlar daxildir.

R.Əliyeva vurğulayıb ki, kəskin respirator infeksiya və qripin müalicəsinə antibiotiklərlə başlanılmalı deyil. O qeyd edib ki, antibakterial müalicə ehtiyac olduqda aparılmalıdır: “Əgər xəstəlik ağırlaşmalar verərsə, xəstəyə virus əleyhinə dərmanlar verilir. Daha çox həyata keçirilməsi vacib olan profilaktik tədbirlər odur ki, mümkün qədər əhalinin sıx məskunlaşdığı ərazilərdən uzaq olmaq lazımdır. Aktiv həya tərzi keçirmək, açıq havada olmaq lazımdır. Ölkədə qış və payızda qripə yoluxma halları az, kəskin respirator infeksiyalara yoluxmalar çox olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR