Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub - FOTOSESSİYA

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub - <span style="color: red;">FOTOSESSİYA
# 07 avqust 2015 10:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub.

APA-Economics”in məlumatına görə, müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib.

Bildirilib ki, bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi labüddür. Qeyd olunub ki, bu baxımdan müasir standartlara və ən son texnologiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədə uyğundur.

RYTN-in informasiya siyasətinin tənzimlənməsi, nazirliyin həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək.

Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), “Rabitə dünyası” qəzeti və “ICTnews” Elektron Xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Qeyd edək ki, nazir Əli Abbasov “Microsoft” şirkəti tərəfindən tələbələr arasında keçirilən “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yerə layiq görülən Azərbaycan komandasının üzvləri ilə görüşüb.


Nazir Bakı Dövlət və Xəzər Universitetlərinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan Rüstəmova və Ülviyyə Rüstəmovadan ibarət “NoObs” komandasının bu mötəbər müsabiqənin “İnnovasiyalar” kateqoriyası üzrə təqdim etdiyi “Spinal” layihəsi yüksək qiymətləndirilərək komandanı təbrik edib.



Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan ilk dəfə təmsil olunaraq belə yüksək nəticə əldə etməsindən məmnunluğunu ifadə edən nazir yüksək texnologiyalar sahəsinin inkişafına hesablanan hər bir layihəyə bundan sonra da istənilən dəstəyin göstəriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR