Elman Abdullayev Afrika İttifaqının infrastruktur və enerji məsələləri üzrə komissarı ilə görüşüb

Elman Abdullayev Afrika İttifaqının infrastruktur və enerji məsələləri üzrə komissarı ilə görüşüb
# 09 iyul 2015 15:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev qurumun infrastruktur və enerji məsələləri üzrə komissarı Elham İbrahimlə görüşüb.

Azərbaycanın Efiopiyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı E. Abdullayev ölkəmizin dəstəyi ilə həyata keçirilən enerji layihələri və regionun inkişafına verdiyi töhfə barədə geniş məlumat verib.

Öz növbəsində E. İbrahim Azərbaycanın dünyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirərək, ölkəmizin bu sahədəki regional və beynəlxalq təşəbbüsləri ilə yaxından tanış olduğunu bildirib.

Görüşdə Afrika İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın yaradılması və bu əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğu vurğulanıb. Münasibətlərin inkişafı üçün qarşılıqlı şəkildə səylərin davam etdirilməsi və tərəflər arasında təmasların artırılması barədə razılıq əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR