Azərbaycan Mərkəzi Bankı nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobilləri alır

Azərbaycan Mərkəzi Bankı nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobilləri alır
# 04 avqust 2015 10:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pul və qiymətlilərin daşınması üçün inkassasiya və təhlükəsizlik avtomobillərinin satın alınması ilə əlaqədar açıq tender keçirir.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru 15 sentyabr 2015-ci il saat 15.00-da Azərbaycan Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi, 32) keçiriləcək.

Tenderdə iştirak etmək üçün iddiaçı yazılı müraciəti, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri, tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədi, tenderdə iştirak haqqının ödənilməsi barədə bank arayışını, iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışını, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışı (xarici iddiaçılar tərəfindən məlumat), iddiaçının son 3 (üç) ildə bu sahədə iş təcrübəsinin olmasını təsdiq edən məlumatı (sifarişlər və müştərilərin adı göstərilməklə), Azərbaycan və ya ingilis dillərində iki nüsxədə tender təklifini (tender təklifi 29 oktyabr 2015-ci ilədək qüvvədə olmalıdır), tender təklifinin qiymətinin 1% (bir faizi) məbləğində bank təminatını (tenderin əsas şərtlər toplusuna əlavə edilən formada), tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumatları AMB-yə təqdim etməlidir.

İddiaçı tender təklifini və tender təklifinin bank təminatını 14 sentyabr 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 3 sentyabr 2015-ci il saat 18.00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi, 32 nömrəli ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderə buraxılmayacaq.

Qeyd edək ki, iddiaçılar tenderdə iştirak haqqı kimi Azərbaycan Mərkəzi Bankının aşağıdakı hesabına 150 manat məbləğində vəsait köçürməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR