Novruz Məmmədov: “Avropa İttifaqı ilə strateji tərəfdaşlıq müqaviləsi üzərində işləyirik”

Novruz Məmmədov: “Avropa İttifaqı ilə strateji tərəfdaşlıq müqaviləsi üzərində işləyirik”
# 24 iyul 2015 13:08 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.


N. Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji, sülhyaratma proseslərində, mədəniyyət, idman sahələrində strateji tərəfdaşlıq edir: “Bütün bunlar bir reallıqdır. Çox qəribə bir situasiya var. Səfirdən tutmuş ölkə başçılarınadək bütün görüşlərdə Azərbaycanın zəruri əməkdaşlıq edilən dövlət olduğunu bəyan edirlər. Amma digər tərəfdən deyirlər ki, bu, qəzetdir, o belə yazıb, QHT-dir, belə bəyanat verib. Bu, ədalət tərəzisini pozur. Rəsmilər Azərbaycanın yüksək yerdə olduğunu bəyan edirlər, amma hansısa qəzet nəsə yazırsa, QHT bir bəyanat verirsə, bu, Azərbaycanın imicinə ziyandır. Belə mexanizmin Qərbə uğur gətirəcəyinə şübhəm var. Dünya dövlətlərinin çoxu bu yanaşmalara şübhə ilə yanaşır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR