Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Şahdağın hədiyyəsi” konsert proqramı keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Şahdağın hədiyyəsi” konsert proqramı keçirilib
# 24 avqust 2015 08:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Şahdağ Turizm Mərkəzində “Şahdağın hədiyyəsi” adı altında canlı konsert proqramı keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aksiya zamanı turistlər 3 növ yay əyləncəsindən istifadə edib, açıq havada canlı konsert proqramı izləyiblər. Konsert proqramı tanınmış müğənnilərin iştirakı ilə keçirilib.

Aksiyaya “Gənc Heydərçilər Hərbi Vətənpərvərlik düşərgəsi”nin iştirakçıları cəlb olunub, tədbirdə Qarabağ əlillərinin, şəhid ailələrinin uşaqları, liseylərin əlaçı şagirdləri və internat məktəblərinin uşaqları iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR