AMB: Əmanətlərin dollarlaşması 82%-ə çatıb

AMB: Əmanətlərin dollarlaşması 82%-ə çatıb
# 07 noyabr 2016 09:29 (UTC +04:00)

2016-cı il oktyabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 813,9 mln. manat təşkil edib ki, bunun da 1 mlrd. 426 mln. manatı (18,25%) milli valyuta, 6 mlrd. 387,8 mln. manatı (81,75%) isə xarici valyuta ilə yerləşdirilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 351,8 mln. manat və ya 19,8% azalıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 853,8 mln. manat və ya 15,4% artım var.

Bununla yanaşı, bu ilin avqust ayı ilə müqayisədə sentyabrda manatda olan əmanətlərin həcmi 30,5 mln. manat və ya 2,1%, xarici valyutada olan əmanətlərin həcmi isə 87,6 mln. manat və ya 1,35% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR