Mərakeş kralı terrorçuluğa görə məhkum edilmiş 400 şəxsi əfv edib

Mərakeş kralı terrorçuluğa görə məhkum edilmiş 400 şəxsi əfv edib
# 20 avqust 2017 02:42 (UTC +04:00)

Mərakeş kralı VI Məhəmməd terrorçuluq ittihamı ilə məhkum edilmiş 400-dən çox şəxsi əfv edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əfv fərmanı Mərakeş inqilabının 64-cü ildönümü ilə əlaqədar imzalanıb.

“Məhkumlar milli dəyərlərə rəsmi olaraq sadiqliyini ifadə ediblər, ekstremizm və terrorçuluqdan imtina etdiklərini bəyan ediblər, habelə həbsdə olduqları müddətdə yaxşı davranış nümayiş etdiriblər”, - deyə Mərakeş Ədliyyə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun sonunda Mərakeş kralı VI Məhəmməd etirazlarda iştiraka görə həbs olunmuş 1200 məhbusu əfv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR