Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib
# 18 noyabr 2016 09:28 (UTC +04:00)

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev məlumat verib. Onun sözlərinə görə, Gürcüstan “Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: “Bu həm Avropadan gələn, həm Türkiyədən və həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən “Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR