Pedro Aqramunt: “AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir”

Pedro Aqramunt: “AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir”
# 23 yanvar 2017 12:22 (UTC +04:00)

AŞPA-nın Strasburqda keçirilən qış sessiyasının ilk plenar iclasında çıxış edən assambleya sədri Pedro Aqramunt Avropa Şurasına üzv olan ölkələr arasındakı münaqişələrə toxunub.

APA-nın Avropa bürosunun xəbərinə görə, P. Aqramunt 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq bölgədə gərginliyin hər an alovlana biləcəyini vurğulayıb: “Biz Avropanın keçdiyi ağır tarixindən bilirik ki, münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz. Bizim parlamentar olaraq bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması çox vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR