Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB

Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, bir nəfər ölüb, dörd nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB
# 09 avqust 2017 15:28 (UTC +04:00)

Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford" markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2107”nin sürücüsü, 1956-cı il təvəllüdlü Təvəkkül Qasımovun öldüyü, dörd nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər 1948-ci il təvəllüdlü Xanımzər Quliyeva, onun oğlu, 1977-ci il təvəllüdlü Şöhrət Quliyev, nəvəsi 2005-ci il təvəllüdlü Əli Quliyev və 1949-cu il təvəllüdlü İveta Əliyevadır.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR