Əfqanıstan parlamentinə hücum nəticəsində 21 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstan parlamentinə hücum nəticəsində 21 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 22 iyun 2015 11:23 (UTC +04:00)

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sediq Sediqi məlumatı təsdiqləyib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.


Xatırladaq ki, bu gün səhər saatlarında “Taliban” silahlıları Əfqanıstan parlamentinin binası önündə bir neçə partlayış törətdikdən sonra binanı atəşə tutublar.

***

11.54

“Taliban” Kabildə parlament binasına hücum edib

Bakı. Faiq Mahmudov – APA. Əfqanıstanın paytaxtı Kabil şəhərində silahlı şəxslər parlament binasına hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir neçə partlayış törədildikdən sonra parlamentin binası atəşə tutulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatları və jurnalistləri binadan çıxarmağa çalışır.


Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR