Azərbaycanın magistral neft kəmərləri ilə nəql etmə 4%-dən çox azalıb

Azərbaycanın magistral neft kəmərləri ilə nəql etmə 4%-dən çox azalıb
# 16 may 2018 13:36 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 13 349,8 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 4,17% azdır.

Nəqletmənin 81,4%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 861,6 min ton neft ötürülüb. Bu isə ötən ilin 4 ayı ilə müqayisədə 0,17% azdır.

Dövr ərzində BTC kəməri ilə 2009,0 min ton tranzit nefti də nəql edilib ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 5,15% azdır..

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 13931,4 min ton neft nəql edilib. Nəqletmənin 78,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və ötən ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10880,1 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 2118,1 min ton tranzit nefti də nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR