Aktuari şəhadətnaməsi almaq istəyənlər üçün attestasiya keçiriləcək

Aktuari şəhadətnaməsi almaq istəyənlər üçün attestasiya keçiriləcək
# 24 noyabr 2016 12:19 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatası aktuari şəhadətnaməsi almaq istəyənlər üçün attestasiya keçirəcək.

Palatadan “APA-Economics”ə verilən xəbərə görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxsləri (siyahı əlavə olunur) noyabr 25-də saat 10:00-da qurumun binasında keçiriləcək attestasiyaya dəvət edir.

Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR