Belarus Rusiyanı məhkəməyə verib

Belarus Rusiyanı məhkəməyə verib
# 03 fevral 2017 11:02 (UTC +04:00)

Belarus hökuməti Rusiyanı məhkəməyə verib.

APA-nın RBC-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.

O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.

“Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, - deyə o qeyd edib.

Lukaşenko mövcud durumun anormal adlandırıb: “Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR