Pentaqon: 2015-ci ilin noyabrından Suriya və İraqda hava zərbələri nəticəsində 64 dinc sakin ölüb

Pentaqon: 2015-ci ilin noyabrından Suriya və İraqda hava zərbələri nəticəsində 64 dinc sakin ölüb
# 10 noyabr 2016 00:19 (UTC +04:00)

2015-ci ilin noyabrından 2016-cı ilin sentyabrınadək ABŞ hərbi aviasiyasının Suriya və İraq ərazisinə endirdiyi hava zərbələri nəticəsində 64 dinc sakin ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun açıqlamasında bildirilir.

Məlumata görə, söhbət ötən ilin noyabrın 20-dən bu ilin sentyabrın 10-dək həyata keçirilən hava zərbələrindən gedir.

Bununla belə açıqlamada qeyd olunur ki, hava zərbələri endirilən zaman dinc əhali arasında itkilərin qarşısının alınması üçün bütün mümkün tədbirlər görülüb.

Qeyd edək ki, Pentaqon 2014-cü ildən Suriya və İraqda 119 mülki şəxsin hava zərbələri nəticəsində öldüyünü təsdiq edib. Bu müddət ərzində ABŞ hərbi aviasiyası terrorçuların Suriya və İraqdakı mövqelərinə 12 mindən çox hava zərbəsi endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR