Tramp Vircin adalarında fövqəladə vəziyyət elan edib

Tramp Vircin adalarında fövqəladə vəziyyət elan edib
# 18 sentyabr 2017 23:56 (UTC +04:00)

Donald Tramp "Mariya” qasırğası ilə əlaqədar Karib dənizində ABŞ-a məxsus Vircin adalarında fövqəladə vəziyyət elan edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Dördüncü kateqoriyaya qədər güclənən “Mariya” qasırğası Vircin adalarına yaxınlaşır. Hazırda qasırğanın episentrində küləyin sürətinin saatda 215 kilometrə çatdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR