Gürcüstanda külli miqdarda narkotik və silah-sursat daşıyan Ermənistan vətəndaşı saxlanılıb

Gürcüstanda külli miqdarda narkotik və silah-sursat daşıyan Ermənistan vətəndaşı saxlanılıb
# 02 avqust 2015 19:33 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın Sadaxlı sərhəd-keçid məntəqəsində külli miqdarda narkotik maddə və silah-sursat keçirmək istəyən Ermənistan vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ermənistan vətəndaşı 1988-ci il təvəllüdlü S. Razmikin idarə etdiyi avtomobildən 1,2 kq narkotik maddə, 30 patron, həmçinin polietilen dərman paketi, kimyəvi preparatlar və ekspertlərin müəyyən etdiyi 271, 08 qram narkotik toz tapılıb.

Faktla bağlı cinayət işi başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR