Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
# 16 iyul 2015 19:41 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Ağrı vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 16:19-da qeydə alınıb.

Zəlzələnin ocağı 1,44 kilometr dərinlikdə olub.

Məlumata görə, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Dağıntı və xəsarət alan yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR