® "Bank VTB (Azərbaycan)" Qələbə Günü münasibəti ilə veteranları təbrik edib

<font color=red>® </font>  "Bank VTB (Azərbaycan)" Qələbə Günü münasibəti ilə veteranları təbrik edib
# 10 may 2018 15:33 (UTC +04:00)

Bankın nümayəndələri Qələbə günü münasibəti ilə Rusiyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi ənənəvi bayram naharında i veteranlarla görüşüb. Onlar müharibə iştirakçılarına fədakarlıq və qəhrəmanlıqlarına görə təşəkkür edib, veteranlara can sağlığı arzulayıb, gül dəstələri və hədiyyələr təqdim edib.

Qələbə günü münasibəti ilə bank Azərbaycanda üçüncü dəfə keçirilən “Bessmertniy polk” aksiyasını da dəstəkləyib. 9 may 2018-ci il tarixində VTB (Azərbaycan)-ın və Azərbaycandakı Kazak Həmyerlilərinin dəstəyi ilə yüzlərlə insan Bakının Nərimanov rayonunda “Qardaşlıq məzarlığı” abidəsinə qədər yürüş edib.

Korporativ sosial məsuliyyət bank "VTB (Azərbaycan)"ın fəaliyyətinin mühüm hissəsidir. Bank daim sosial layihələr reallaşdırır: “Ümid Yeri” uşaq sığınacağına yardım edir, veteranlara dəstək olur, 2017-ci ildə isə Rus mədəniyyəti mərkəzində kompüter sinfini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR