Futzal üzrə UEFA kubokuna hazırlaşan “Araz” yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, Joze Alesionun yetirmələri Bakıda İranın “Mes Sunq” klubu ilə üz-üzə gəliblər.
Qarşılaşma təmsilçimizin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tiaqonun het-trik etdiyi görüşdə Eduardo, Vilel və Ramiz Çovdarov hərəyə bir dəfə fərqlənib.
Növbəti matç sabah saat 17:00-da olacaq.
Qeyd edək ki, Vilel “Araz”ın yeni transferidi.