Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı 59 yaşlı kişi xəsarət alıb.
APA xəbər verir ki, minik avtomobili “Meyvəli” ticarət mərkəzinin yaxınlığında 1960-cı il təvəllüdlü Cəfərov Tahir Əli oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.