İŞİD Las-Veqasda 50 nəfərin ölümü ilə nəticələnən atışmaya görə məsuliyyəti üzərinə götürüb

İŞİD Las-Veqasda 50 nəfərin ölümü ilə nəticələnən atışmaya görə məsuliyyəti üzərinə götürüb
# 02 oktyabr 2017 16:57 (UTC +04:00)

İŞİD ABŞ-ın Las-Veqas şəhərində atışmaya görə məsuliyyəti üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. Terror təşkilatı bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb.

Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb.

Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR