Rusiya XİN sözçüsü erməni jurnalistin Lapşinlə bağlı sualını cavablandırıb

Rusiya XİN sözçüsü erməni jurnalistin Lapşinlə bağlı sualını cavablandırıb
# 09 fevral 2017 14:58 (UTC +04:00)

“Bloger Aleksandr Lapşinin məsələsi barədə artıq hər şey deyilib. Lakin onu qeyd etmək istəyirəm ki, onun Rusiya vətəndaşlığından başqa digər dövlətin vətəndaşlığı var. Bu mövzu hər zaman olduğu kimi diqqətimizdədir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Ermənistan jurnalistinin sualını cavablandırarkən deyib.

“Sizə təşəkkürümü bildirirəm ki, Ermənistan mətbuatı olaraq bu mövzuya maraq göstərirsiniz, bizə Rusiya vətəndaşının taleyi ilə bağlı məsələni xatırladırsınız", - deyə o vurğulayıb.

M. Zaxarova erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovla bağlı sualı da cavablandırıb. O, erməni jurnalistə istehza ilə təşəkkürünü bildirib: "Çox sevindirici haldır ki, Ermənistan mətbuatını Rusiya-Azərbaycan münasibətləri maraqlandırır. Sualınızın məğzinə gəldikdə isə, demək istəyirəm ki, Marat Ueldanovun işi ilə bağlı səfirliyimiz məşğul olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR