"Bank Standard"ın ləğvedicisi kreditorlara müraciət edib

"Bank Standard"ın ləğvedicisi kreditorlara müraciət edib
# 12 oktyabr 2016 07:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli 2-1 (81)-4498/2016 Qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu 04.10.2016-cı il tarixdən qeyd edilən bankın Ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri, eləcə də kreditorun adı, ünvanı, tələbin əsas məbləğində daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barəsində məlumatları ləğvediciyə təqdim etməlidir.

“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər”, -deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR