AMOR fəalları XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüblər - FOTOSESSİYA

AMOR fəalları XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüblər - <span style="color: red;">FOTOSESSİYA
# 20 mart 2018 11:32 (UTC +04:00)

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) gənc jurnalistlər komandası XIII Ümumrusiya gənc jurnalistlər festivalında mükafata layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, AMOR-un fəalları martın 15-17-də Rusiya paytaxtında keçirilən XIII Ümumrusiya gənc jurnalistlər festivalında iştirak ediblər.

Festivalda Moskva, Zelenoqrad, Sankt-Peterburq, Kaluqa, Perm və Sverdlovsk vilayətləri, Korolyev, Ximki, Serpuxov və Elektrostal, Cənubi Saxalin, Volqoqrad, Petrozavodsk, Ryazan şəhərlərinin 22 məktəbli və 18 tələbə komandası qüvvəsini sınayıb.

Rusiya Jurnalistlər İttifaqı və Moskva Dövlət Mədəniyyət İnstitutu tərəfindən təşkil olunan festivalda AMOR-un gənc jurnalistlər komandası dörd nominasiyada mükafata layiq görülüb.

AMOR fəalları Darya Zayets, Eldar Həsənov, Çiçək Bəxtiyarzadə və Elçin İsmayılov müxtəlif nominasiyalarda festivalın mükafatını qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR