"Mançester Yunayted" müdafiəçisini icarərəyə göndərib

"Mançester Yunayted" müdafiəçisini icarərəyə göndərib
# 30 yanvar 2020 19:52 (UTC +04:00)

"Mançester Yunayted"in futbolçusu Markos Roxo ölkəsi Argentinaya qayıdıb.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçi "Estudiantes"ə keçib.

Razılığa əsasən, Argentina millisinin üzvü mövsümün sonuna qədər icarə əsasında "Estudiantes"in formasını geyinəcək. Bununla o, 9 ildən sonra sabiq komandasına qayıdıb. Roxo 2008-2011-ci illərdə də bu klubun formasını geyinib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada cəmi 3 oyun keçirən Markos Roxonun "Mançester Yunayted"lə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR