ABŞ-da hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb

ABŞ-da hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb
# 24 iyul 2018 03:17 (UTC +04:00)

ABŞ-ın Texas ştatında “Douglas C-47 Skytrain” hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

Məlumata əsasən, hadisə iyulun 21-də Bernet şəhərində qeydə alınıb. Təyyarə havaya qalxarkən qanadı uçuş-enmə zolağına toxunub, daha sonra təyyarə yanmağa başlayıb.

Qəza zamanı təyyarənin göyərtəsində 13 nəfər olub. İnsident nəticəsində 7 nəfər xəsarət alıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri barədə hələ ki məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR