Əhməd Əhmədzadə: “Ötən il Azərbaycanda 103 min hektar suvarma suyu çəkilib”

Əhməd Əhmədzadə: “Ötən il Azərbaycanda 103 min hektar suvarma suyu çəkilib”
# 05 iyun 2018 16:15 (UTC +04:00)

2017-ci ildə Azərbaycanda, ümumilikdə 103 min hektar suvarma suyu çəkilib.

APA-Economics”in məlumatına görə, bunu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, çox böyük rəqəmdir və əvvəlki ildə bunu ancaq arzu etmək olardı: “Bu torpaqların da əksəriyyəti əkin üçün yararlıdır. Bu il bu tədbirlər davam etdirilir. Bu il də 100 min hektara yaxın torpaq su ilə təmin ediləcək”.

Ə. Əhmədzadə bildirib ki, bu il Goranboy Aqroparkı da yaradılıb. Bu arqoparkdan Şəmkirçay su anbarı vasitəsilə 4700 hektar sahəyə su çatdırılıb ki, bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR