Vətəndaşlardan silah-sursat götürülüb

Vətəndaşlardan silah-sursat götürülüb
# 10 mart 2018 09:26 (UTC +04:00)

Vətəndaşlardan silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən 1 ədəd “F-1” qumbarası, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan 1 ədəd tapança, 1 ədəd patron darağı və 9 ədəd müxtəlif çaplı patron, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və 5 ədəd patron, Ucar RPŞ-nin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR