Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 2% azalıb

Bu il Azərbaycanda elektrik enerjisi istehsalı 2% azalıb
# 18 may 2018 09:02 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 672,4 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü müqayisədə 1,9%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,7% azalaraq 95 mln. manat təşkil edib.

Ötən 4 ay ərzində Azərbaycanda 7 850,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 2% azdır.

Bunun 517,1 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 9,4% azdır.

Bunun 7 023 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin üç ayının göstəriciləri ilə müqayisədə eyni səviyyədə 0,8% azdır.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 5,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 4 ayının göstəriciləri ilə müqayisədə 15,6% azdır.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə 11,3 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 18,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR