Cəlilabadda yük və minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb

Cəlilabadda yük və minik avtomobili toqquşub, 1 nəfər xəsarət alıb
# 11 mart 2018 16:07 (UTC +04:00)

Cəlilabadda yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, "Shacman" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

 

Nəticədə minik maşınının sərnişini, 1968-ci il təvəllüdlü Vəsilə Əkbərxan qızı Abbasova xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafİ qiymətləndirilir.

 

Məlumata görə, hadisə " VAZ 2106" markalı minik maşını yol ayrıcında dönən zaman "Shacman" markalı yük maşınının ona çırpılması nəticəsində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR