Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün çalışmalara başlayıb

Rusiya və Türkiyə qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün çalışmalara başlayıb
# 07 dekabr 2016 09:27 (UTC +04:00)

Rusiya və Türkiyə mərkəzi bankları qarşılıqlı ticarətdə milli pul vahidlərinə keçmək üçün texniki məsələlərin həllinə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib. O, hər iki tərəfin belə bir keçiddə maraqlı olduğunu açıqlayıb: “Mərkəzi banklar artıq bu məsələnin hansı yolla həyata keçirilə biləcəyi ilə əlaqədar işə başlayıblar. Bunun baş verməsi üçün bəzi texniki məsələlər işlənib hazırlanmalıdır. Hamı, həm Rusiya, həm də Türkiyə, bu perspektivə pozitiv baxır”.


Qeyd edək ki, türk lirəsi son 1 il ərzində dollara nisbətdə 11 faiz ucuzlaşıb. Prezident Rəcəb Tayıb Ərdoğan bu durumu xarici qüvvələrin Türkiyəyə təzyiqi ilə əsaslandırıb.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR