Xaçmazda 6 otaqlı evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb

Xaçmazda 6 otaqlı evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb
# 30 oktyabr 2016 00:17 (UTC +04:00)

Xaçmazda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanıb. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım Xidməti tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR