Beyləqanda tank mərmisi tapılıb

Beyləqanda tank mərmisi tapılıb
# 27 yanvar 2017 10:37 (UTC +04:00)

Beyləqanda hərbi sursat tapılıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, rayonun Haramı düzü adlanan ərazidə əkin sahəsində aşkar edilən 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) zərərsizləşdirilməsi üçün götürülüb.

Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR