“Amnesty İnternational”: Suriya hökuməti 5 ildə 13 min nəfəri edam edib

“Amnesty İnternational”: Suriya hökuməti 5 ildə 13 min nəfəri edam edib
# 07 fevral 2017 09:00 (UTC +04:00)

Suriya hökuməti 5 il ərzində 13 min nəfərin edam edilməsi haqqında qərar verib.

APA-nın xəbərinə görə, bu barədə məlumatı CNN “Amnesty İnternational”ın hesabatına istinadən yayıb.

Bildirilir ki, məxfi Saydnaya həbsxanasında həftədə iki dəfə 50-dək insan asılaraq edam edilib. Beynəlxalq təşkilatın hesabatı təhlükəsizlik qüvvələrinin əməkdaşları, məhbuslar, hakimlər və vəkillər də daxil olmaqla, ümumilikdə 84 nəfərin ifadəsi əsasında bir il ərzində aparılan araşdırmanın nəticəsidir. Edam olunanların əksəriyyətinin müxalif yönümlü olduğu bildirilir.

Rəsmi Dəməşq yayılan hesabatla bağlı mövqeyini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR