Paşha Bank
Bank Of Baku

Bakıda 16, Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Bakıda 16, Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb
# 10 yanvar 2022 10:33 (UTC +04:00)

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.

APA-nın məlumatına görə, yanvarın 7-də paytaxtın Binəqədi rayonu ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Bundan başqa, Gəncə şəhəri Nizami rayonu ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.

Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR